Biləsuvardakı qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2

Hadisə
  • 27 dekabr, 2025
  • 19:43
Biləsuvardakı qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, ölənlər 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmovadır.

Onların bacı olduğu bildirilir.

Qeyd edək ki, F. Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb.

"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, dekabrın 27-si, saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti