Biləsuvarda yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb - YENİLƏNİB

Hadisə
  • 16 oktyabr, 2025
  • 15:59
Biləsuvarda yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.

TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin sınığı travması diaqnozu təyin olunub, pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Kia" markalı minik və "Ford" markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan üç nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti