Biləsuvarda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib

Hadisə
  • 11 aprel, 2017
  • 09:19
Biləsuvarda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib

Biləsuvar. 11 aprel. REPORT.AZ/ Biləsuvar rayonunda yol kənarında polis əməkdaşları 5 kiloqrama yaxın heroin aşkar edib.

"Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Səmədabad Polis Bölməsinin (PB) əməkdaşları Biləsuvar-Cəlilabad yolunda 4,6 kiloqram narkotik vasitə olan heroin aşkar ediblər. 

Narkotik vasitənin İran İslam Respublikasından qaçaqmal yolu ilə Azərbaycana keçirilməsi ehtimal edilir. 

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırmalara başlanılıb.

44 - Tezliklə