Biləsuvarda törədilən qətlin bəzi təfərrüatları məlum olub
Hadisə
- 17 iyun, 2023
- 10:17
Ötən gecə Biləsuvar rayonunun Xırmandalı kəndində törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Muğan bürosu xəbər verir ki, 1987-ci il təvəllüdlü Abuzər Şirqasımov yaşadığı evdə qardaşı, 1984-cü il təvəllüdlü Amil Şirqasımovla yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb.
Bundan sonra Abuzər qardaşı Amilə çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə sonuncu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Məlumata görə, hadisə baş verən zaman hər iki qardaş sərxoş vəziyyətdə olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.
Son xəbərlər
13:45
Tamerlan Tağıyev: "Türk şirkətləri Azərbaycan vasitəsilə geniş bazarlara çıxış əldə edə bilər" - EKSKLÜZİV
Biznes13:43
Orxan Zeynalov: "Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin əhəmiyyətini artırıb"
Energetika13:43
Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası var"
Biznes13:40
Orxan Zeynalov: "Regionlar arasındakı vaxt fərqi Azərbaycanın bərpa olunan enerji potensialını artırır"
Energetika13:40
Emi Karlon: ABŞ Cənubi Qafqaz regionuna və Transxəzər ticarət dəhlizinə diqqətini artırır
Xarici siyasət13:37
EBRD: Azərbaycandakı sənaye zonaları təchizatçı, alıcı və istehsalçılar üçün mühüm ekosistemlərdir
Sənaye13:35
Türkmənistan "yaşıl enerji"ni Transxəzər Yaşıl Enerji dəhlizi vasitəsilə ixrac edə bilər
Energetika13:33
"Formula 1": Ferstappen Bakıdakı üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib - YENİLƏNİB
Formula 113:32