Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb

Hadisə
  • 07 yanvar, 2022
  • 08:08
Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb

Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.