Biləsuvarda gənc oğlanı maşın vurub, vəziyyəti ağırdır

Hadisə
  • 20 dekabr, 2017
  • 06:14
Biləsuvarda gənc oğlanı maşın vurub, vəziyyəti ağırdır

Biləsuvar. 20 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, şəhər ərazisində təxminən 20 yaşlarında olan gənc oğlanı avtomobil vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olan gəncin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Məlumata görə, gənc oğlanı rayonda yerləşən şadlıq saraylarından birindən toy mərasimindən çıxan zaman onu maşın vurub.

Faktla bağlı araşdırma aparılır.