Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsarət yetirib

Hadisə
  • 23 iyul, 2017
  • 10:05
Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsarət yetirib

Biləsuvar. 23 iyul. REPORT.AZ/ Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.

Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə