Biləsuvarda avtomobildən narkotik aşkarlanıb

Hadisə
  • 07 oktyabr, 2019
  • 10:29
Biləsuvarda avtomobildən narkotik aşkarlanıb

Bərdə sakininin avtomobilindən narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Ə.Sadıqovun idarə etdiyi “Chevrolet” markalı avtomobilindən 88 qram heroin və 112 qram metamfetamin aşkar edilərək götürülüb.