Biləsuvar sakini anasını traktorla vuraraq öldürüb

Hadisə
  • 12 oktyabr, 2019
  • 13:48
Biləsuvar sakini anasını traktorla vuraraq öldürüb

Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Səmədabad kəndində baş verib.

Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.

Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. ***16:11

Biləsuvar rayon sakini anasını traktorla vuraraq öldürüb. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib. Həmin kəndin sakini hələlik bilinməyən səbəbdən idarə etdiyi traktorla anasının üstündən keçib. Hadisə yerinə Hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Hələlik şəxsiyyəti məlum olmayan qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.