Biləcəridə piyadanı vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Hadisə
  • 25 yanvar, 2018
  • 11:25
Biləcəridə piyadanı vurub öldürən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şahmar Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Yusibov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 18-də saat 18:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Yevlax rayon sakini Ş.Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Hadisədən sonra saxlanılan Ş.Yusibovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, Ş.Yusibov milliyətcə qaraçıdır.

44 filmi