FHN Biləcəridə avtomobil sexindəki yanğınla bağlı məlumat yayıb

Hadisə
  • 02 fevral, 2022
  • 20:30
FHN Biləcəridə avtomobil sexindəki yanğınla bağlı məlumat yayıb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 750 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları 500 m² sahədə, içərisində olan avtomobil şinləri və ərazidə dayanmış “Mercedes” markalı yük avtomobilinin yanar hissələri qismən yanıb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Sexin qalan hissəsi və bitişik olan müxtəlif təyinatlı digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:41

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

20:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.