Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı vətəninə ekstradisiya ediləcək

Hadisə
  • 10 aprel, 2017
  • 10:25
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı vətəninə ekstradisiya ediləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, 23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2015-ci ilin sentyabr ayında cinayəti törətdikdən sonra Azərbaycanı tərk edib və Ufaya gedib. O, noyabr ayından 2016-cı ilin yanvar ayına qədər miqrasiya qeydiyyatına alınıb. Beynəlxalq axtarışa verildikdən sonra o, qeydiyyat müddətini artırmayıb və haqq-ədalətdən qaçmağa başlayıb.

Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası proseduru aparılır.