Beyləqanda nişan mərasimindən qayıdanlar qəzaya düşüb, yaralılar var

Hadisə
  • 13 oktyabr, 2025
  • 10:34
Beyləqanda nişan mərasimindən qayıdanlar qəzaya düşüb, yaralılar var

Beyləqanda nişan mərasimindən dönənlər avtomobil qəzasına düşüblər.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.

Qəza zamanı 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu, onun qardaşı - 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya düşənlər nişan mərasimindən qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti