Bərdədə qonşusu ilə mübahisə edən kişi ölüb
Hadisə
- 27 dekabr, 2015
- 15:46
Bakı. 27 dekabr. REPORT.AZ/ Bərdədə rayonun Ərəblər kəndində müəmmalı ölüm hadisəsi baş verib.
Rayon prokurorluğundan "Report"a verilən məlumata görə, kənd sakini Muxtar Hüseynovla qonşusu Asif Mustafayev mübahisə edib. Davadan sonra 1953-cu il təvvəlütlü Asif Mustafayevin vəziyyəti qəflətən pisləşib və o keçinib.
Rayon prokurorluğu və polis əməkdaşları hadisənin baş verdiyi kəndə gediblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
62 yaşlı kişinin hansı səbəbdən öldüyü isə aparılan araşdırmadan sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda aradırma başlanıb.
Son xəbərlər
21:45
Quraqlıq səbəbindən Elba çayında "aclıq daşları" üzə çıxıb
Digər ölkələr21:20
Foto
Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
Fərdi21:14
Foto
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurublar
Fərdi21:13
Türkiyədə meşə yanğınları ilə bağlı 9 nəfər həbs edilib
Region21:04
Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti müvəqqəti dəyişdiriləcək
İnfrastruktur21:04
Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:46
Vuçiç Avropanın genişmiqyaslı müharibə astanasında olduğunu bildirib
Digər ölkələr20:33
Le Monde: Sen-Trope Epşteyn şəbəkəsinin əsas məkanlarından biri olub
Digər ölkələr20:15
Foto