Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğularaq ölüb
Hadisə
- 03 dekabr, 2025
- 09:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə rayonunda özünü kanala atan psixi problemli qızını xilas etmək istəyən ata boğularaq ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Nazırlı kəndində baş verib.
Bildirilib ki, uzun illərdir psixi problemləri olan kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən kanala atıb. Bunu görən atası, 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb. S.Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən xilas edilərək sudan çıxarılıb.
Qeyd edək ki, Y.Kərimov uzun müddət Nazırlı kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib.
Son xəbərlər
00:05
Biləsuvarda baş verən qətlin təfərrüatları bilinib - YENİLƏNİB
Hadisə00:00
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Daxili siyasət23:46
Çinin əsas litium yatağında ehtiyatlar ilkin proqnozları 70 % üstələyir
Digər ölkələr23:22
Vuçiç Serbiyanın siyasi kursunun dəyişdirilməsi üçün kənardan müdaxilə edildiyini bildirib
Digər ölkələr23:05
Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb
Digər ölkələr22:59
"Flydubai" pilotu dindirilmə zamanı təyyarəni qaçırdıqdan sonra nə edəcəyini açıqlayıb
Digər ölkələr22:37
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə22:25
Corciya ştatında baş verən atışmada iki nəfər ölüb, 35 nəfər yaralanıb
Digər ölkələr22:09
Foto