Bərdədə qadın özünü su kanalına ataraq intihar edib

Hadisə
  • 27 noyabr, 2017
  • 17:22
Bərdədə qadın özünü su kanalına ataraq intihar edib

Bərdə. 27 noyabr. REPORT.AZ/ Bərdə rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayon sakini İsmayılova Nazilə Xudaverdi qızı özünü Qarabağ su kanalına atıb.

Onun meyiti 4 km aralıda, rayonun Hüseynbəyli kəndində tapılıb. Qeyd edək ki, N. İsmayılova uzun illərdir, ruhi xəstəlikdən əziyyət cəkib.

Faktla bağlı araşdırma aparılır.