Bərdədə naməlum sürücü velosipedçini vuraraq hadisə yerindən qaçıb
Hadisə
- 06 oktyabr, 2017
- 21:22
Bərdə. 7 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda velosipedçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində baş verib.
Yevlax-Ağcabədi yolunun Bərdə rayonu ərazisindən kecən hissəsində "VAZ-2107" markalı avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçi 30 yaşlı Səfərov Elvin Ərəstun oğlunu vurub.
Qəzanı törədən sürücü hadisə yerindən qacıb. Yaralı ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatalogiya şöbəsində müalicə edilən E.Səfərovun vəziyyəti orta ağırdır.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
08:55
Rusiyanin Kamenskoyeyə hücumu nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:42
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xarici siyasət08:39
Foto
Azərbaycan nümayəndə heyəti "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iştirak edib
Xarici siyasət08:19
"Reuters": Pentaqon rəhbərliyində dəyişikliklər edilə bilər
Digər ölkələr07:54
Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Digər ölkələr07:22
İran təhlükə olduğu zaman qabaqlayıcı əməliyyatlara keçid elan edib
Region06:49
Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
Futbol06:16
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətini şərh edib
Futbol05:59