Bərdədə avtoqəzada xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
- 11 oktyabr, 2025
- 12:53

Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, iki kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bərdə rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
"Report"un Qarabağ bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bərdə-Yevlax yolunda qeydə alınıb.
Məlumata görə, həmin yolda hərəkətdə olan "VAZ-21062 və "Infiniti" markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb
