Bərdədə daş salnamə aşkar edilib - FOTO
Hadisə
- 16 iyun, 2017
- 15:52
Bərdə. 16 iyun. REPORT.AZ/ Bərdə rayonunda daş salnamə aşkar edilib.
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində subartezan quyusunun yaxınlığında tapılıb.
Hər iki üzərində müxtəlif işarələr və rəqəmlərin əks olunduğu daş salnamənin 2500 ilə yaxın yaşı olduğu güman edilir.
Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədi ilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə gətirilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev “Report”un yerli bürosuna bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.
Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.
Son xəbərlər
15:03
Ermənistan və İran sərhəddə sadələşdirilmiş "yaşıl" dəhliz yaradacaq
Region14:48
Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb
Digər ölkələr14:45
Foto
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
Fərdi14:41
Polis sosial şəbəkələrlə bağlı iki nəfəri saxlayıb
Hadisə14:33
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Ekologiya14:27
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Ekologiya14:16
Türkiyədə 350 kq kokain aşkarlanıb
Region14:04
Hakan Fidan Suriyaya səfər edib
Region13:45