Bərdədə avtomobil təmiri sexində partlayış olub, xəsarət alanlar var
Hadisə
- 17 may, 2019
- 15:43
Bərdə rayonunda avtomobil təmiri sexində partlayış baş verib.
"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 30 kvadratmetr olan obyektdə minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib. Nəticədə ərazidəki avtomobil ehtiyat hissələri yanıb. Eyni zamanda hadisə zamanı rayon sakinləri - 1970-ci il təvəllüdlü Habil Orucov və 1960-cı il təvəllüdlü Telman Qasımov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Alov söndürülüb, yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.
Son xəbərlər
15:48
Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr15:47
Ər-Riyad hava limanı yaxınlığında alov və qara tüstü görünüb
Digər ölkələr15:46
Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Sənaye15:44
Foto
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi göstərilib
Elm və təhsil15:37
Əhməd Ağaoğlu: Adını daşıdığım ulu babam Türkiyənin quruculuğu üçün yaşamış aydın bir insan olub
Xarici siyasət15:32
Rusiyanın İrkutsk vilayəti ayılara görə yüksək hazırlıq rejiminə keçib
Digər ölkələr15:24
Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib
Fərdi15:11
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir
Hadisə15:11