Bərdədə ağır yol qəzası baş verib, 5-i uşaq olmaqla 8 nəfər yaralanıb - FOTO
- 27 mart, 2017
- 19:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə. 27 mart. REPORT.AZ/ Bərdədə 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Yevlax istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Bərdə istiqamətində gedən digər "VAZ-2107"nin qarşısına çıxaraq qəza törədib. Qəza zamanı hər iki maşın idarəetməni itirərək yoldan çıxıb.
Hadisə nəticəsində "10-BE-282" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sərnişinləri - Bərdə rayon Güloğlular kənd sakinləri olan 10 yaşlı Bayramov Bayram Rövşən oğlu, 5 yaşlı Əlizadə Kənan Müşfiq oğlu, 4 yaşlı Əlizadə Sənan Muşfiq oğlu və "66-BF-767" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri - Bərdə rayon Cəyirli kənd sakinləri olan 18 yaşlı Allahverdiyev Fariz Taliş oğlu, 28 yaşlı Məmmədov Ramin Sabir oğlu və 27 yaşlı həyat yoldaşı Məmmədova Türkan Piriş qızı, həmçinin onların övladları - 9 aylıq Məmmədov Məhəmmədəli Ramin oğlu və 7 yaşlı Məmmədzadə Leyla Ramin qızı ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.