Bərdədə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Hadisə
  • 13 sentyabr, 2016
  • 12:22
Bərdədə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Bərdə. 13 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Zümürxan kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə "Toyota Land Cruiser" markalı minik maşını toqquşub.

Qəza nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və iki qadın sərnişini ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı rayon polisində araşdırma aparılır.