Bərdə sakininin pul kartından 5000 manat çıxaran şəxs saxlanılıb

Hadisə
  • 14 dekabr, 2018
  • 07:53
Bərdə sakininin pul kartından 5000 manat çıxaran şəxs saxlanılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından, təxminən, 5 min manatın çıxarıldığını bildirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə