Bərdədə restoran xidmətçisini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
- 08 may, 2021
- 06:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurmuş, nəticədə Sahib Əhmədov hadisə yerində ölmüş, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq aparılır.
Son xəbərlər
12:00
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 %-dən çox artırıb
Biznes
11:59
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
Daxili siyasət
11:56
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
11:52
"Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırmağı planlaşdırır
Futbol
11:51
Azərbaycanda tullantılardan bioqaz istehsalı üçün anaerob parçalama zavodları tikiləcək
Sənaye
11:39
Video
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
11:34
Azərbaycan 2060-cı ilə qədər binalarda qaz isitmə sistemlərindən tam imtina edəcək
İnfrastruktur
11:30
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Hadisə
11:26
İlham Əliyev Kamboca Kralını təbrik edib
Xarici siyasət