Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib

Hadisə
  • 09 may, 2017
  • 11:47
Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib

Bərdə. 9 may. REPORT.AZ/ Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Ziya Quluyev gətirilib.

Bu barədə ASC-nin sədri Baba Rzayev müvafiq əmr imzalayıb.  

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Vidadi Babayev bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.