Baş Prokurorluqda şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

Hadisə
  • 24 sentyabr, 2025
  • 17:28
Baş Prokurorluqda şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 - Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Vətən müharibəsinin qalibi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 ildən artıq işğalda qalmış torpaqlarımızı azad etmiş, lokal antiterror tədbirləri ilə isə separatçı qüvvələrin fəaliyyətinə son qoyularaq vətəndaşlarımızın təhlükəsizliyi və dövlətimizin suverenliyi tam təmin olunub.

Bu tarixi nailiyyətlər ölkəmizin son iki əsrlik tarixində qızıl hərflərlə yazılmış hadisələrdir.

Kamran Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz səyləri nəticəsində Qarabağ və digər azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən yüksək diqqət isə bütün cəmiyyətimiz üçün nümunədir.

Baş prokuror çıxışında vurğulayıb ki, şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və vətən müharibəsində iştirak edən prokurorluq işçilərinə göstərilən diqqət və qayğı daim ön plandadır.

İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minətdarlıqlarını bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti