Baş prokuror: "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı"

Hadisə
  • 28 sentyabr, 2018
  • 06:56
Baş prokuror: Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, Baş Prokurorluq Ekologiya ə Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparılır: "Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".