Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxs saxlanılıb

Hadisə
  • 23 sentyabr, 2026
  • 16:13
Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxs saxlanılıb

Su polisi Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxsi saxlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A.Şirinov saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.