Bank hesablarından oğurluq edən şəxs saxlanılıb

Hadisə
  • 13 may, 2021
  • 07:14
Bank hesablarından oğurluq edən şəxs saxlanılıb

Bakıda bank hesablarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2 352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.