Balakəndə ahıl qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Hadisə
  • 18 yanvar, 2024
  • 04:53
Balakəndə ahıl qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Balakəndə 71 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1953-cü il təvəllüdlü Qarayeva Laləzar Nadir qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.