Balakəndə 26 yaşlı gənc bıçaqlanıb
Hadisə
- 25 oktyabr, 2018
- 10:09
Balakən. 25 oktyabr. REPORT.AZ/ Balakən rayonunda 26 yaşlı gənc bıçaqlanıb.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 25-də gecə saatlarında şəhərin H.Əliyev prospekti 37 ünvanında qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan, 1992-ci il təvəllüdlü İslam Əjdər oğlu Əzizov bədənin müxtəlif hissələrinin çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicəsi Reanimasiya şöbəsində davam edir.
İ.Əzizovun yaşadığı evin yaxınlığında tanımadığı şəxs və yaxud şəxslər tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:55
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
Digər ölkələr14:55
ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurası təsis edib
Digər14:51
Rauf Hacıyev: Xəzərin səviyyəsinin azalması artıq gələcəyin deyil, bu günün reallığıdır
Ekologiya14:46
Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Biznes14:44
Azərbaycanda zoonoz xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiya hazırlanacaq
Daxili siyasət14:42
Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq
ASK14:39
Ölmüş heyvanların utilizasiyası üzrə müəssisələrin yaradılması nəzərdə tutulub
Daxili siyasət14:39
Yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq
Daxili siyasət14:38