Bakıda teatr aktrisası yol qəzası törədib
Hadisə
- 03 sentyabr, 2014
- 04:55
Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasova yol qəzası törədib. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Report-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda Hava Limanına gedən istiqamətdə qeydə alınıb. Aynur Abbasova "Morris Garages" markalı avtomobilini idarə edərkən, magistralla hərəkətdə olan digər avtomobil onun qarşısına çıxıb. Nəticədə aktrisa idarəetməni itirərək avtomobili yol kənarında olan qoruyucu zolaqlara çırpıb. Avtomobil xeyli məsafə getdikdən sonra dayanıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56