Bakıda quldurluqla məşğul olan dəstə tutulub
Hadisə
- 10 oktyabr, 2014
- 06:17
Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, naməlum şəxslər Səngəçal qəsəbəsi ərazisində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək gediblər. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:42
Peskov: Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək
Region15:42
SEPAH "Amazon"un Bəhreyndəki data-mərkəzinin tamamilə məhv edildiyini açıqlayıb
Digər ölkələr15:41
6 ay ərzində 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olunub
Hadisə15:41
Baş Prokurorluq: İlin altı ayında 2 nəfər mina partlayışında həlak olub, 11 nəfər xəsarət alıb
Hadisə15:41
Fərid Məmmədov: DOST Agentliyi ötən dövr ərzində 4,7 milyon vətəndaşa xidmət göstərib
Sosial müdafiə15:40
Bu ilin 6 ayı ərzində 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Hadisə15:39
Bu ilin 6 ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib
Hadisə15:38
Azərbaycanda bu il birinci yarısında 15 420 cinayət törədilib
Hadisə15:37