"Baku City Karting"də ölüm hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Hadisə
- 15 yanvar, 2026
- 15:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Baku City Karting" əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.
"Report" xəbər verir ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən "Baku City Karting" əyləncə mərkəzində paytaxt sakinləri - 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.
K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Son xəbərlər
06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar
Daxili siyasət
06:51
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir
Digər ölkələr
05:47
Vens: Tramp İranla uzunmüddətli müharibəyə yol verməyəcək
Digər ölkələr
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes