Bakıdakı “Meyvəli” bazarında yanğın baş verib, ticarət mərkəzinə ciddi ziyan dəyib
Hadisə
- 26 yanvar, 2016
- 00:17
Bakı. 26 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzində yanğın olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə gözətçi köşkü, yaxınlıqda duran 2 ədəd "KamAZ" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı yanıb.
Yanğın zamanı, həmçinin yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi də yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, eləcə də, yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın saat 21:29-da söndürülüb.
Son xəbərlər
10:17
Yüksək riskli idman növlərində məcburi kardioloji və nevroloji müayinə tələb olunur
Daxili siyasət10:15
"Portu" Fildişi Sahili millisinin üzvü Seku Fofananı icarəyə götürüb
Futbol10:15
Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Ekologiya10:07
Hörmüz boğazında tankerə hücum edilib
Digər ölkələr10:06
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
Hadisə10:03
Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var
Hadisə10:02
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsi başlayıb
Elm və təhsil09:58
Xüsusi nümayəndəlik: Cari təmir ehtiyacları dövlət büdcəsindən maliyyələşdirilmir
Daxili siyasət09:58