Bakının mərkəzində mənzilə basqın edilib, içi pul ilə dolu seyf aparılıb

Hadisə
  • 17 noyabr, 2016
  • 12:41
Bakının mərkəzində mənzilə basqın edilib, içi pul ilə dolu seyf aparılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 40 yaşlı qadının evinə basqın edilib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi ev 118 mənzil 1 ünvanında qeydə alınıb. Belə ki, 40 yaşlı Könül İbrahimovaya məxsus mənzilə naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildəki içərisində 8 min manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyası olan dəmir seyf aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə