Bakıda yuxulayan sürücü qəza törədib, ata və oğlu xəsarət alıb
Hadisə
- 25 oktyabr, 2016
- 05:19
Bakı. 25 oktyabr.REPORT.AZ/ Bakıda yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.
"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. Burada 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlunun idarəetməsində olan "Peugeot" markalı avtomobillə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağayev və onun yanında sərnişin qismində əyləşən oğlu 19 yaşlı Ağayev Əfqan ağır bədən xəsarətləri alıb.
Xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. A.Ağayevin vəziyyəti nisbətən ağırdır.
Qəzaya səbəb kimi "Shacman" markalı yük avtomobilinin sürücüsünün yuxulaması göstərilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb.
Son xəbərlər
23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47
Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Digər ölkələr23:31
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb
Digər ölkələr23:20
Bloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
Digər ölkələr22:45
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
Futbol22:35
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
Digər ölkələr22:18
Beyləqanda qadın su kanalında batıb
Hadisə22:16
Dövlət Departamenti Konqresi Azərbaycana dair 907-ci düzəlişlə bağlı məlumatlandırıb
Xarici siyasət22:13