Bakıda yük avtomobili yanıb

Hadisə
  • 28 dekabr, 2015
  • 00:01
Bakıda yük avtomobili yanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda "GİYAŞ" firmasına məxsus "HOWO" markalı yük avtomobilinin 6 ədəd təkəri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də söndürülüb.