Bakıda yol qəzası baş verib, xəsarət alan var

Hadisə
  • 12 oktyabr, 2021
  • 23:15
Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1965-ci il təvəllüdlü Tağıyev Xalid Fərman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.