Bakıda Yeni ildə bomba partlayışı olacağı barədə yalan məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib

Hadisə
  • 29 mart, 2018
  • 10:53
Bakıda Yeni ildə bomba partlayışı olacağı barədə yalan məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib
Report/ Firi Salim

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımovun məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, bu il yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham edilir.

44 filmi