Bakıda yanğın zamanı ev sahibi zəhərlənib
Hadisə
- 09 dekabr, 2014
- 17:13
Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda yanğın hadisəsi qeydə alınıb.
"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.
Nəticədə evdə 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan "SAMSUNG" markalı kondisioner əriyib. Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən aşkar edilib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Yanğından evin qalan hissəsi mühafizə olunub.
Son xəbərlər
01:34
Təbrizdə üzgüçülük hovuzunda 14 nəfər zəhərlənib
Region01:16
Ekspertlərin fikrincə, İspaniyanın dəniz səddi miqrant axınını yalnız müvəqqəti azaldacaq
Digər ölkələr00:43
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
Digər ölkələr00:08
Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür
Digər ölkələr23:50
Sumqayıtda zəncirvari avtomobil qəzası baş verib
Hadisə23:22
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır
Digər ölkələr22:58
"Axios": Tramp konqresə keçiriləcək aralıq seçkilərinə o qədər də əhəmiyyət vermir
Digər ölkələr22:43
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
Region22:18