Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib
Hadisə
- 31 yanvar, 2017
- 04:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ Paytaxtda 4 nəfərin zəhərlənməsi ilə nəticələnmiş yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
19:07
Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 12 oyunluq cəzalandırıla bilər
Futbol
19:06
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Xarici siyasət
19:01
Paşinyan: Ermənistan gələn il Aİ-yə üzvlük üçün müraciət edə bilər
Region
18:52
G-20 sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir – Rəy
Xarici siyasət
18:39
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
İnfrastruktur
18:35
Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb
İnfrastruktur
18:29
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Fərdi
18:25
Foto
Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
Daxili siyasət
18:21
Azərbaycanın futzal liqalarında yeni mövsüm üçün "transfer pəncərələri"nin tarixləri müəyyənləşib
Futbol