Bakıda xəstəxanada tibb bacısına qarşı soyğunçuluq edildi
Hadisə
- 28 iyul, 2020
- 05:35
Bakıda xəstəxanada soyğunçuluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə iyulun 27-i günorta saatlarında Neftçilər Xəstəxanasında qeydə alınıb.
Belə ki, naməlum şəxs Xəstəxanada tibb bacısı işləyən şəxsin içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini dolabdan soyğunçuluq yolu ilə ələ keçirib.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtəməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vəli Əlizadə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Son xəbərlər
11:12
Azərbaycanda pul baratları üzrə saldo 74 % artıb
Maliyyə11:11
İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Xarici siyasət11:10
İndoneziya sahillərində qəzada ölənlərin sayı 20-yə çatıb
Digər ölkələr11:10
AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb
Maliyyə11:10
1 vəkil kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib
Hadisə11:08
Başqırdıstanda quyuda hidrogen-sulfid sızması baş verib, ölən və zərərçəkənlər var
Digər ölkələr11:07
Komitə sədri: Sağlam dini mühitin formalaşmasında din xadimlərinin üzərinə mühüm məsuliyyət düşür
Din11:06
Azərbaycan dağ-mədən sənayesində tam istehsalat zəncirinin qurulmasını hədəfləyir-RƏY
Sənaye11:06