Bakıda xəstəxana işçisi itkin düşüb - FOTO
Hadisə
- 21 dekabr, 2019
- 16:53
Bakıda 82 yaşlı kişi itkin düşüb.
"Report"un xəbərinə görə, hadisə dekabrın 21-də Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00-06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.
Onun geri qayıtmadığını görən yaxınları A.Namazovun işə gedib çatmadığını öyrəniblər.
Yaxınlarının sözlərinə görə, yaddaşsızlıq problemləri olan itkin şəxs evdən çıxarkən əynində qara palto, qara şalvar və qara papaq ("kepka") olub.
A.Namazovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.
Son xəbərlər
16:32
AMB BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub
Digər16:30
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
İnfrastruktur16:30
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Digər ölkələr16:22
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb
Futbol16:19
Azərbaycanda əmlak bazarının strukturu dəyişir: İndi nə almaq daha sərfəlidir?
Biznes16:19
Nazir: Məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil
Elm və təhsil16:18
"Mançester Siti" Rayan Ait-Nurini "Mançester Yunayted"ə satmaqdan imtina edib
Futbol16:07
Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır
Elm və təhsil16:06