Bakıda uşaq həkiminə qarşı dələduzluq edən şəxs məhkəmədən vaxt istəyib
- 16 oktyabr, 2018
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mehriban Məmmədovanın vəkili Bəylər Məmişov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə dəymiş zərər ödənilməyib.
Təqsirləndirilən C.İsayev isə dəymiş zərəri ödəyəcəyini deyib. O, bunun üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin olunub.
İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib.
Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.
C.İsayev isə bir müddət əvvəl "Azərfarm" dərman şirkətində satış meneceri vəzifəsində çalışıb.