Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

Hadisə
  • 23 avqust, 2018
  • 08:12
Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.