Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub

Hadisə
  • 16 yanvar, 2016
  • 09:18
Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda Təbiət Tarixi Muzeyindən oğurluq edən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oğurluq hadisəsi yanvarın 5-də qeydə alınıb. 

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Təbiət Tarixi Muzeyindən 2 ədəd noutbuk və fotoaparat oğurlayan Bakı şəhər sakini Nuhan Gülümcanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.