Bakıda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Hadisə
  • 23 fevral, 2022
  • 05:23
Bakıda tanışını bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Şükran Əliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Telman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ş.Əliyev həmyaşıdı olan tanışı Heydərov Tural Məmmədtağı oğluna yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən Ş.Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Ş.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.