Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxunub
Hadisə
- 24 fevral, 2022
- 10:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı R.Nuriyevə 7 il iş istəmişdi.
Xatırladaq ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı Amin Mirzəyevi bıçaqlayıb.
Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Son xəbərlər
14:14
Peskov: Rusiya və Ukrayna arasında enerji sahəsində atəşkəsin əldə olunmasına dair təmaslar davam edir
Region
14:04
Foto
İrandan Azərbaycana 124 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Hadisə
13:58
YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb
Media
13:53
Azərbaycan və Laos arasında xidməti pasport sahibləri viza tələbindən azad edilir
Xarici siyasət
13:51
Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib
İnfrastruktur
13:49
Foto
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
İnfrastruktur
13:47
Foto
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və iki sənəd mübadilə edilib - YENİLƏNİB
Xarici siyasət
13:45
Foto
Laos Prezidenti Zəfər parkını ziyarət edib
Daxili siyasət
13:43
Foto
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Xarici siyasət