Bakıda tanınmış şirkətdən oğurluq edilib

Hadisə
  • 29 sentyabr, 2016
  • 08:52
Bakıda tanınmış şirkətdən oğurluq edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda tanınmış şirkətin inzibati binasından oğurluq edilib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nərimanov rayonunda yerləşən “Bakı Elektrik Tökmə” ASC-nin inzibati binasından 1 804 manat pul, 72 100 manat dəyərində alüminium metal hissələri və müşahidə kameraları oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mais İbadov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.